Ermənistan səfiri Lordlar Palatasının üzvünə yaltaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan səfiri Lordlar Palatasının üzvünə yaltaqlandı

Siyasət

09 Noyabr 2023 10:19 464


Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts Böyük Britanıya parlamentinin Lordlar Palatasının ermənipərəst üzvü Karolina Ann Koksun (Baronessa Koks) rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. 

Yenisabah.az xəbər verir ki, Ermənistanın ABŞ-dakı səfirliyinin məlumatına görə, görüşdə Cənubi Qafqaz regionundakı mövcud təhlükəsizlik və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. 

Səfir baronessanın onilliklər ərzində bütün dünyada apardığı humanitar və təbliğat işinə və xüsusilə müasir Ermənistan tarixinin ən çətin anlarında erməni xalqının yanında olduğuna görə minnətdarlığını bildirib.  Toyuqlu pizza

Xatırladaq ki, Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks hər zaman Azərbaycana qarşı çıxışları ilə diqqət çəkib, erməniləri əsassız olaraq müdafiə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!