Ermənistan sülh məsələsində niyə nala-mıxa vurur? -   “Kütləni sakitləşdirmək istəyir“

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sülh məsələsində niyə nala-mıxa vurur? - “Kütləni sakitləşdirmək istəyir“

Siyasət

01 İyun 2022 10:03 858


“Bu məsələdə həm daxili, həm də xarici faktorlar önəmlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

O, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan yenidən Qarabağa status verilməsi tələbinə, eləcə də Ermənistan tərəfinin bu səpkili bəyanatların Azərbaycan və Ermənistan arasındakı mümkün sülh danışıqlarına vurduğu zərərdən danışıb: Toyuqlu pizza

“Ermənistanda revanşist qüvvələrin aktivləşməsi fonunda mövcud erməni iqtidarı auditoriyanı, kütləni maksimum dərəcədə sakitləşdirmək istəyir. O bu cür mənasız və gerçəkliyi əks etdirməyən bəyanatlarla çıxış edir. Həmin bəyanatlar, təbii ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlara mənfi təsir göstərir.

Bu mənada çox gözəl olardı ki, Ermənistan tərəfi, əslində, üçtərəfli bəyanatlara uyğun şəkildə davranış nümayiş etdirsin, nəinki daxilindəki revanşist qüvvələrin sakitləşdirməklə məşğul olsun”.

Vüqar Zifəroğlu Ermənistanın sülh prosesindən qaçmasını erməni xisləti ilə  uyğunlaşdırıb:

“Əgər ermənilərdən danışırıqsa, bu zaman hər şeyi gözləməliyik. Bu etnosun imzalanmış müqavilələrə, hətta öz imzalarına arxa çevirməyi, xəyanət etməyi, arxadan vurmağı milli xüsusiyyətdir. İstər Paşinyan iqtidarından, istərsə də guya ona əks olan qüvvələrdən bunu istisna etmək mümkün deyil”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!