Ermənistan sürətlə Qərblə Rusiya arasında poliqona çevrilir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sürətlə Qərblə Rusiya arasında poliqona çevrilir

Siyasət

24 Oktyabr 2022 15:25 2479


"Ümumiyyətlə, hazırda Ermənistan ərazisi beynəlxalq güclərin at oynadığı bir məkana çevrilib".

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Politoloq Aİ və KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə gəlməsindən sonra bu ölkənin poliqona çevrilə biləcəyi məsələsinə münasibət bildirib. pizza mizza

T. İsmayılov deyib ki, bu ölkədə demək olar ki, heç bir siyasi qütb tam olaraq Ermənistanın müstəqilliyinə hörmət etmir:

"Ermənistan Qərb və Rusiyanın top oynadığı futbol meydançasını xatırladır.

Hazırda ölkənin beynəlxalq geopolitik güclərin oyun məkanına çevrilməsi bu dövlətin düşdüyü rəzil vəziyyətin növbəti göstəricilərindən biridir. Burada artıq Ermənistanın suveren əraziləri anlayışından da söhbət gedə bilməz. Çünki həm KTMT, həm Aİ-nin mülki missiyası, həm də hansısa qondarma ATƏT-in missiyası burada fəaliyyət göstərməyə çalışır".

Politoloq hesab edir ki, bu gün Ermənistan ərazilərinin belə peşkəş edilməsi, eyni zamanda Ermənistan ərazilərində beynəlxalq güclərin buranı öz poliqonlarına çevirməsi Ermənistanın olmayan dövlətçilik modelinin daha da çürüməsinə səbəb olacaq:

"Hazırda Rusiya Ermənistanda Qərbin təmsil olunmasına, eləcə də Aİ və ATƏT missiyasının burada yer almasını ciddi qısqanclıqla cavablar verir. Hesab edirəm ki, Rusiyanın gələcəkdəki bu qısqanclıqları, özəlliklə də Paşinyanın Ermənistanın KTMT-dən çıxması ilə bağlı səsləndirdiyi təhdidlərdən sonra daha da dərinləşəcək. İstənilən halda Ermənistan bu qarşıdurmadan növbəti zərbələr almış olacaq".

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!