“Ermənistan dövlət suverenliyini itirə bilər” - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan dövlət suverenliyini itirə bilər” - Lavrov

Dünya

28 Dekabr 2023 09:36 659


Zənnimizcə, Ermənistan NATO ilə dialoqun dərinləşməsi ucbatından milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyini itirmək təhlükəsini başa düşür.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair eksklüziv müsahibəsində deyib.

XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan alyansın bir neçə tədbirində iştirak edib. Ermənistan silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları Şimali Atlantika blokunun bəzi ştatlarında təlim keçir. pizza hut

“Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda mövqelərini gücləndirmək və “parçala və hökm sür” prinsipi ilə manipulyasiya üçün şərait yaratmaqdır”, - Lavrov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!