Ermənistan TŞ: “Azərbaycandan keçən kommunikasiyalardan istifadədə maraqlıyıq”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan TŞ: “Azərbaycandan keçən kommunikasiyalardan istifadədə maraqlıyıq”

Siyasət

03 Noyabr 2022 23:56 1009


“Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən, məsələn, malların daşınması məqsədilə istifadə etməkdə maraqlıdır”.

Ermənistan mətbuatında yayılan xəbərlərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu iclasındakı çıxışında deyib.

Qriqoryan qeyd edib ki, İrəvan regionda kommunikasiyaların açılması məsələsinin real həllində maraqlıdır, eləcə də Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətini dəstəkləyir. Marqarita pizza

“Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir. Bu prosesdə MDB və BMT-nin fundamental sənədlərinə, eləcə də dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə mühüm rol verilir”, - Qriqoryan əlavə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!