Hazırda Ermənistan Türkiyə ilə sərhəd bölgəsində Marqara (Alican) sərhəd-keçid məntəqəsinin yenidən qurulması və təchiz edilməsi üzərində fəal işləyir.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
O qeyd edib ki, proses yaxın vaxtlarda yekunlaşacaq. pizza sifarişi
"Ümid edirəm ki, Türkiyə tərəfi də razılaşmanı yerinə yetirəcək və tezliklə üçüncü şəxslərin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhəd açıq olacaq”, - deyə Rubinyan bildirib.
Rubinyanın sözlərinə görə, belə hallarda əldə edilən ilk razılaşmaların yerinə yetirilməsi çox vacibdir.
"Razılaşmalar yerinə yetirilirsə, o zaman inam artır, razılaşmalar həyata keçirilməsə, onda mövcud olan kiçik inam yox olur. Və bu yaxşı deyil”, - Rubinyan vurğulayıb.
Xatırladaq ki, aprelin 21-də Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsində layihələndirmə və tikinti-təmir işlərinə 28,3 milyon dram (təxminən 73 min dollar) vəsait ayırıb./Modern.az
Telegram kanalımız