Ermənistan üçün taxıl: “Daşımaları daha da artırmağı planlaşdırırıq”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan üçün taxıl: “Daşımaları daha da artırmağı planlaşdırırıq”

İqtisadiyyat

11 Fevral 2026 17:02 496


Azərbaycandan keçən yeni marşrutla Rusiyadan Ermənistana dəmir yolu ilə taxıl daşınması müntəzəm hal alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin direktorunun birinci müavini Sergey Pavlov danışıb.

O, 2025-ci ilin noyabr ayında Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını, nəticədə uzun illər sonra Rusiyadan ilk dəfə taxıl yüklü qatarın göndərildiyini xatırladıb. Toyuqlu pizza

“Hazırda yüklərin çatdırılması müntəzəm olaraq həyata keçirilir. Gələcəkdə bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq”, – Pavlov qeyd edib.

Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!