“İranın atdığı bu addım simvolik məna daşıyır. Ermənistan böyük bir dövlət deyil ki, orada baş konsulluq açılsın. Adətən bu ərazisi böyük olan ölkələrdə baş verir. Atılmış bu addım Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Fikrimcə İranın bu mövqeyi aydınlaşmalıdır”.
Bunu Yenisabah.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. O, Vətən müharibəsindən sonra İranın Ermənistanın Qafan şəhərində konsulluq açması, dünən isə konsul təyinatının rüallaşmasına öz münasibətini bildirib:
“44 günlük müharibədən sonra İran narazı qalmışdır. İranın qazandığı tək şey isə Azərbaycanla əməliyyat sahəsində memorandum imzalaması idi ki, bu sənəddə Zəngəzur yolu ilə paralel olaraq İran ərazisindən də yol keçəcəkdi. Ötən günlərdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov açıqlamasında Naxçıvana yol çəkilməsi ilə bağlı məsələlərə toxunmuşdu”. pizza sifarişi
Politoloq qeyd edib ki, üçtərəfli bəyanatın yerinə yetirilməli olan müddəalarından biri də Zəngəzur dəhlizidir.
“Əgər İran Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsinə narazıdırsa, bu, Azərbaycan-Ermənistan münasibətlərinin yenidən pisləşməsinə səbəb ola bilər. Çünki Zəngəzur dəhlizi Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərdən biridir və bu öhdəliklər Rusiyanın maraqlarına uyğundur.
Fikrimcə Zəngəzurla bağlı Rusiyanın atdığı addımlar İran və Azərbaycanla ziddiyyət təşkil edə bilər. Bir şeyi təəssüflə bildirirəm ki, regionda zəif olan Ermənistanın vasitəçiliyi ilə bir sıra güclər Azərbaycana təsir göstərməyə çalışır”.
Nəsimi Ələsgərli
Telegram kanalımız