Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı oldu

Siyasət

23 May 2022 19:22 700


Mayın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının icrasını müzakirə ediblər. Dominos pizza

Həmçinin, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Həmsöhbətlər regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açıqlamsı məsələlərinə də toxunublar.

Mirzoyan Ermənistan və Azərbaycan arasında regional sülh və sabitliyin bərqərar olması prosesi ilə bağlı Ermənistanın mövqeyini təsdiqləyib.

Bununla yanaşı, XİN rəhbərləri Ermənistan-Rusiya əməkdaşlığının ikitərəfli və çoxtərəfli aspektlərinə dair məsələləri də müzakirə edib, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!