Ermənistan yeni təxribatlar törədir - Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan yeni təxribatlar törədir - Ceyhun Bayramov

Siyasət

12 Aprel 2023 13:34 528


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüş zamanı Ermənistanla sülh müqaviləsini müzakirə edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov həmkarı ilə mətbuat konfransı zamanı məlumat verib.

O qeyd edib ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb. Pepperoni pizza

Nazir vurğulayıb ki, Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir: “Biz yeni hərbi təxribatların da şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!