“Azərbaycanın hansı yola əl atacağı müəmmalıdır”.
Bunu Yenisabah.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O, Ermənistan Təhlükəsiz Şurasının katibi Armen Qriqoryanın son bəyanatını şərh edib. pizza hut
Xatırladaq ki, Qriqoryan Laçın qəsəbəsi və Zabux kəndində qanunsuz məskunlaşmış erməni əhalinin köçürülməsinin hələ il yarım çəkəcəyini deyib. Halbuki Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinə uzanan yeni yolun çəkilişi artıq başa çatmaq üzrədir.
Öz növbəsində, Tofiq Zülfüqarov qeyd edib:
“Ümumi situasiya 10 noyabr bəyanatının öhdəliklərinə əsasən dəyişməlidir. Azərbaycanın 5 il ərzində hazır olmasını öhdəsinə götürdüyü yeni dəhlizin çəkilməsini artıq tamamlayıb. Ermənilər il yarımdır ki, köhnə dəhlizdən istifadə edir. Bunun qarşılığında onlar Zəngəzur dəhlizinin açılışını ləngidir, “kommunikasiyalar blokadadan çıxarılacaq, amma dəhliz olmayacaq” və s. kimi müxtəlif fikirlər səsləndirirlər”.
Eks-nazir əlavə edib: “Zəngəzura aid məsələ 10 noyabr bəyannaməsində əksini tapıb, bu yol Rusiya sülhməramlılarının nəzarətində olacaq. Bəyanatın müvafiq bəndində yolun Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirəcəyi açıq göstərilir və tələb olunur. Ermənistan isə öz pis işlərindən əl çəkmir, bu öhdəliklərdən açıq şəkildə boyun qaçırır və yerinə yetirmir.
Belə təxribatçı addımlar Azərbaycanın indi öz öhdəliklərinə nəzər salıb onlara düzəliş etməsinə səbəb ola bilər. Rəsmi Bakının güc tətbiq edərək Ermənistanı bəyanatda olan öhdəliklərin icrasına məcbur etmə hüququ var. Bu variant, yəni güc tətbiq etmə hazırda aktual mövzuya çevrilir. Lakin rəsmi Bakının hansı variantı seçəcəyi hələlik müəmmalıdır”.
Nəsimi Ələsgərli
Telegram kanalımız