Ermənistana müraciət edən Azərbaycan vətəndaşı kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana müraciət edən Azərbaycan vətəndaşı kimdir?

Dünya

08 Fevral 2019 02:42 1210


Bu gün Ermənistan KİV-də "Azərbaycan Respublikası vətəndaşı Rəşad Əlizadənin "Artsax Respublikası"nın vətəndaşlığını almaq xahişi ilə "Artsax Respublikası" "Xarici İşlər Nazirliyinə" müraciət etdiyi barədə məlumatlar yayılıb.

Yerli KİV bu şəxsin 2017-ci ilin noyabrında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 3 il Gürcüstan və Qazaxıstanda yaşadığı halda, məhkəmə vasitəsilə üzərinə 2015-ci ildə şirkət rəhbəri kimi 400 min manata yaxın borcun saxta şəkildə yazıldığını iddia edən Rəşad Əlizadə olmasını ehtimal edir.

Qeyd edilir ki, həmin borca görə Rəşad Əlizadəyə Azərbaycan ərazisini tərk etmək qadağan edilmişdi. pizza sifarişi

Məsələ ilə bağlı Rəşad Əlizadə bildirib ki, onun separatçılara yazılan və edilən müraciətlə heç bir əlaqəsi yoxdur: "Sözü gedən Rəşad Əlizadə hər kimdirsə, onu tanımıram. Hər Rəşad Əlizadələrə görə də heç bir məsuliyyət daşımağa borcum da yoxdur".

O qeyd edib ki, vergi ilə əlaqədar problemi olub və o problem öz həllini tapıb: "Ona da görə xahiş edirəm, mənim adımı bu cür xəbərlərdə hallandırmasınlar. Ən azından dövlətin lazımi orqanları da bilir ki, 2010-cu ildə xidmətdə olan Rəşad Əlizadə üçün dövlətinin maraqları hər şeydən vacibdir".

Sputnik Azərbaycan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!