Ermənistana nə qədər azərbaycanlı qayıdacaq? - AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana nə qədər azərbaycanlı qayıdacaq? - AÇIQLANDI

Siyasət

17 Noyabr 2023 17:35 18324


“Azərbaycan Ermənistanla münasibətlərdə qalıcı, uzunmüddətli və etibarlı sülh əldə etmək niyyətindədir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib. 

Müsahibimiz yekun sülh müqaviləsindən sonra qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına köçüb yaşaması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.  Dominos pizza

Xatırladaq ki, Azərbaycan son təkliflər paketində 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin geri qaytarılmasının sülh müqaviləsində təsbit olunmasını tələb kimi qoyub. Bakının bu tələbi İrəvanda şok effekti yaradıb. 

H.Babaoğlu isə söyləyib ki, hansı yolla olursa-olsun, Azərbaycan buna nail olacaq: 

“Çünki Cənubi Qafqazdakı sabitlik və onun məsuliyyəti regionun ən böyük ölkəsi kimi Azərbaycanın üzərindədir. Regiona sülhün, rifahın və inteqrasiyanın gəlməsinin də açarları Azərbaycanın əlindədir. Qalıcı sülh üçün isə mütləq ədalət bərpa olunmalıdır. Çünki imzalanacaq sülh müqaviləsi həm beynəlxalq hüquqa, həm də ədalətə söykənməlidir”. 

Millət vəkili əmindir ki, beynəlxalq hüququn tələbi Ermənistandan məcburi şəkildə etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır:

“Azərbaycan bununla bağlı Qərbi Azərbaycana qayıdış konsepsiyası qəbul edib ki, bu da beynəlxalq hüquqa və Ermənistan Konstitusiyasının tələblərinə uyğundur. Yəni qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıb Ermənistan qanunları çərçivəsində öz doğma yurdlarında yaşamaq istəyirlər ki, bu da hüquqla ziddiyyət təşkil etmir. Onlar öz əmlak, seçki və seçilmək hüquqlarını tələb edirlər. Ona görə də rəsmi İrəvan bunu doğru anlamalı və Azərbaycanın sülhpərvər niyyətini ölkəmizin Ermənistana ərazi iddiası kimi səsləndirməməlidir. Çünki axırıncı dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Paris Sülh Forumunda dilə gətirmişdi. Şübhəsiz ki, Ermənistan bu istiqamətdə addımlar atsa, sülhü daha tez əldə etmək olar. Çünki Ermənistanda yaşayacaq azərbaycanlılar bu məsələdə etibarlı körpü rolu oynaya bilərlər”. 

“O ki qaldı qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq istəmələrinə, Azərbaycan xalqı belə bir təcrübəni artıq yaşayıb. Ermənilər və digər bədniyyətlilər də deyirdilər ki, Qarabağ işğaldan azad olunsa belə, qarabağlılar gedib orada yaşamayacaq. Amma biz görürük ki, bu gün Qarabağ və Şərqi Zəngəzura Azərbaycan vətəndaşları necə böyük həvəslə qayıdıb öz ata-baba torpaqlarında yaşayırlar. Hər kəs əmin olsun ki, eyni şəkildə də şərtlər uyğun olan kimi, qərbi azərbaycanlılar da qayıdıb öz torpaqlarına yaşayacaq. Onlar həsrətlə həmin günü gözləyirlər. Belə insanların sayı ölkəmizdə yüz minlərlədir”, - müsahibimiz fikirlərini tamamlayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xalid
    1920 ci ildə babam Zəngəzur rayonundan məcburen qovulublar babamin qardaşları orada qalaraq vuruşub şəhid olublar neslimin yarisindan çoxu Türkiyəyə köç etmekde mecbur qalıblar . Illərdi ürəyim o torpaqlar üçün dağlar daşlar üçün döyünür orada yaşamaq babalarimin ruhunu şad etmek isdeyirem ata baba torpaqlarim menim döyünən ürəyimin tecerrisidir.
    2 years ago
  • MƏHƏRRƏM
    Mən 1988 ci ildə Qərbi Azərbaycandan (ermənistan) Göycə mahalının Toxluca kəndindən ermənilər tərəfindən qovulmuşam 35 ildi vətənə ata baba yurdumuza dönəcəyimiz günü gözlıyirəm Hər an vətənumə dönməyə hazıram
    2 years ago
  • Hafiz
    Çox gözəl çıxmışdır!! Hikmət müəllim gözəl qeyd edir!! Bəli sülh müqaviləsinin şərti mütləq Goycəyə,Bediyə,Dərələyəz qaydişdan keçməlidir!!!
    2 years ago