Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbçisi ölüb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Azərbaycanla sərhəddə yerləşən Geqarkunik (Göyçə) mərzində baş verib. Hərbçinin idarə etdiyi “Volkswagen” markalı avtomobil hərəkət zolağından çıxıb. 34 yaşlı hərbçinin Vardenisdə (Basarkeçər) yerləşən “N” saylı hərbi hissədə xidmət etdiyi bildirilib. Dördpendirli pizza
Qeyd edək ki, ötən gün Ermənistanda daha 2 hərbçi qeyri-döyüş şəraitində ölüb. Bununla da 2024-cü ildə Ermənistan Silahlı Qüvvələrində həlak olan hərbçilərin sayı 3-ə yüksəlib.
Telegram kanalımız