Ermənistanda 4 müstəntiq narkotik satına görə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda 4 müstəntiq narkotik satına görə həbs edildi

Rəsmi

01 İyun 2023 13:40 849


Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müstəntiqi həbs edilib.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, müstəntiqlər narkotik vasitələrin qanunsuz dövriyyəsi və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunurlar. Marqarita pizza

Ermənistan Milli Təhlükəsizlik Xidməti araşdırma apardığı üçün Qor Abramyan təfərrüatları açıqlamayıb.

Narkotik maddə qəbul etdikləri üçün Ermənistan polisinin 10 əməkdaşı daxili işlər orqanından uzaqlaşdırılıb.

Daxili işlər nazirinin müavini Arpine Sarkisyan bildirib ki, 6 hadisə üzrə cinayət işi başlayıb. Onun sözlərinə görə, attestasiyadan əvvəl polisə qəbul olunanlar narkotik testindən keçəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!