Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyası yaradılır 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyası yaradılır 

Dünya

25 Yanvar 2024 10:36 470


Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyasının yaradılmasına hazırlıq gedir. 

“Report” xəbər verir ki, bunu Ermənistanın “Fakt” qəzeti yazıb.

Bildirilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ötən həftə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzalayıb. pizza hut

Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Məqalədə qeyd olunub ki, mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyənlər və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər.

Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 12 hərbi-bioloji laboratoriyası var. Kreml bu laboratoriyalara qarşı hələ ki Kollektiv Təhlükəsizliklə Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın 2023-cü ildə keçirilən iclaslarında da bu məsələ qaldırılıb. Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da ABŞ laboratoriyaları var və hər iki ölkə də Birləşmiş Ştatların hərbi-bioloji layihələrinə cəlb edilib. Kremlin narahatlığı ondan ibarətdir ki, Ermənistanda 12, Qazaxıstanda 6 belə obyekt mövcuddur. Bundan əlavə, Pentaqon Qazaxıstanda BSL-4 laboratoriyaların inşasını da maliyyələşdirir. Moskva bəyan edir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!