Azərbaycandan Ermənistana ixrac olunan "Premium" benzin ölkə bazarında gözləniləndən xeyli ucuz satılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan istehsalı olan Aİ-95 markalı benzin Ermənistanda bir litr üçün 440 drama (təxminən 1,10 dollar və ya 1,9 manat) təklif olunacaq. Bu isə hazırkı bazar qiymətindən – 520 dramdan (1,30 dollar) – xeyli aşağıdır. Şirkətin artıq təxminən 600 ton benzin aldığı bildirilir. Toyuqlu pizza
Azərbaycandan Ermənistana Gürcüstan ərazisi tranziti ilə ümumilikdə 1220 ton Aİ-95 benzini göndərilib. Yanacaq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunub və bu həcmdəki yük 22 dəmir yolu sisterninə bərabərdir.
"Sabahdan etibarən Azərbaycan benzini “Run Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsində satılacaq, "Premium" markalı benzinin qiyməti isə 440 dram olacaq".
Bunu “Birlik qanadları” siyasi təşəbbüsünün üzvü Raffi Aslanyan "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin bir litri hazırda 1,6 manatdır.
Telegram kanalımız