Ermənistanda azərbaycandilli kanal bağlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda azərbaycandilli kanal bağlandı - Video

Siyasət

06 Dekabr 2025 22:10 1433


Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi "ReOpen Media" fəaliyyətini dayandırdığını açıqlayıb. Qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edib.

Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir.

Belə ki, dekabrın 3-də Real TV-nin canlı efirində aparıcı Vəfa Həmzəyeva ilə "ReOpen Media"nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil olunub. Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, Karapetyan efir zamanı "Artsax" ifadəsini işlədərək gərginliyə səbəb olub. Dominos pizza

Erməni jurnalistin "Bizim üçün "Artsax", digərləri üçün Qarabağ" sözləri Vəfa Həmzəyevanın kəskin etirazına səbəb olub:

"Siz hələ də "Artsax" deyirsinizsə, biz hansı sülh dialoqundan danışa bilərik? Rəsmi İrəvan artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır".

Aparıcının reaksiyasından sonra Diana Karapetyan "Artsax" ifadəsindən istifadə etməyi dayandırıb və mövqeyini əsaslandırmağa çalışsa da, dialoq gərgin şəkildə davam edib.

Ətraflı REAL TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!