Ermənistanda daha bir aksiya

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda daha bir aksiya

Dünya

15 Mart 2019 02:18 1052


Ermənistan paytaxtının mərkəzində daha bir etiraz aksiyası keçirilib. Bu dəfə Paşinyan hökumətinin həyata keçirdiyi “islahatların” qurbanları valyutadəyişmə məntəqələrinin və lombardların işçiləri olublar.

“Yeni Sabah” xəbər verir ki, Ermənistan Mərkəzi Bankının hazırladığı və parlamentə təqdim etdiyi dövlət rüsumları haqqında yeni qanun layihəsinə görə, valyutadəyişmə məntəqələrinin və lombardların ödəyəcəyi rüsumlar 60 dəfə artırılır. Belə ki, hazırda 50 min dram ödəyən valyutadəyişmə məntəqəsi gələcəkdə 3 milyon dram ödəyəcək.

Ermənistan ombudsmanı Arman Tatoyan meydana gələrək etiraz aksiyasının iştirakçıları ilə görüşüb və onların ərizələrini qəbul edib. pizza

Martın 14-də ticarət obyektləri sökülən sahibkarlar və işçilər də etiraz aksiyası keçiriblər. Hər iki aksiyanın iştirakçıları hökumətin əhalini işsizliyə sürüklədiyini bildiriblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!