Ermənistanda Paşinyanın varisliyi uğrunda mübarizə gedir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Paşinyanın varisliyi uğrunda mübarizə gedir

Dünya

06 Fevral 2024 12:52 606


2026-cı il seçkiləri ərəfəsində Ermənistan hökumət daxilində qızğın mübarizə gedir.

Yenisabah.az xəbər verir ki, bu barədə Joxovurd” qəzeti öz mənbələrinə istinadla yazıb.

Erməni nəşrinin iddiasına görə, parlamentin spikeri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bəziləri özlərini Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın əvəzedicisi kimi təqdim etməyə başlayıblar: birinci Rusiyanın dəstəyi ilə, ikinci Qərbin dəstəyi ilə. Sezar pizza

“Onlar bu tamaşalara o qədər ciddi yanaşdılar ki, pərdə arxasında bir-birlərinə çamur atmağa başladılar. Simonyan uzun müddət Paşinyanın gözündə Qriqoryanın rolunu aşağılamağa çalışıb. Sonuncu isə öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Synergy” şirkətinin tenderlərində iştirak edən Simonyan ailəsinin izinə düşməsini təmin edib”, - deyə nəşr qeyd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!