Ermənistanda seçkilər: Sənədlərin qəbulu prosesi başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda seçkilər: Sənədlərin qəbulu prosesi başladı

Dünya

13 Aprel 2026 17:44 408


Aprelin 13-nə qədər heç bir siyasi qüvvə Ermənistan Mərkəzi Seçki Komissiyasına sənəd təqdim etməyib.

"Yeni Sabah" Armenian News-a istinadla xəbər verir ki, iyunun 7-nə təyin olunmuş parlament seçkilərində iştirak etmək üçün siyasi partiyalardan və bloklardan sənədlərin qəbuluna bu gündən başlayıb.

Siyasi partiyalar aprelin 23-ü saat 18:00-dək proporsional namizəd siyahıları da daxil olmaqla, bütün tələb olunan sənədləri təqdim etməlidirlər. Bu müddətdən sonra seçki rəqibləri – partiyalar və bloklar, eləcə də siyahılara daxil olan fərdi namizədlər – yalnız geri çəkilməklə yarışdan çıxa bilərlər.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!