Ermənistanda ŞOK: Hərbçilər aksiyaçılara qoşuldu - Ordu Paşinyana qarşı?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ŞOK: Hərbçilər aksiyaçılara qoşuldu - Ordu Paşinyana qarşı?

Siyasət

27 Aprel 2024 08:52 1887


Hərbi geyimdə olan şəxslərin Tavuşda, Kirants kəndində siyasi aksiyalara qoşulması ilə bağlı xəbərlər tirajlanır, videolar yayımlanır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunub ki, Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimdə olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür. pizza mizza

Eyni zamanda, xəbərdarlıq edilib ki, silahlı qüvvələri siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək.(Axar.az) 

Sosial şəbəkələrin erməni seqmenti bu xəbərlərə biganə qalmayıb. Müxalifətin nəzarətində olan səhifələr Tavuşda baş verənləri Ermənistan ordusundakı ikitirəliklə əlaqələndiriblər. Hərbi geyimdə olan şəxslərin Tavuşda, Kirants kəndində siyasi aksiyalara qoşulmasını ordunun Paşinyan hökumətinə qarşı çıxması kimi qiymətləndirənlər də olub. 

Ermənistanın hüquq-mühafizə orqanlarının həmin şəxslər barəsində ölçü görürəcəyi bildirilir. Baş verənlərin İrəvanda repressiyanın növbəti dalğasına yol açacağını proqnozlaşdıranlar da var. 

Nazim HACIYEV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!