“Ermənistanda vətəndaş müharibəsi başlamaq üçün əmr alıblar”   - Deputat Xaçatryan 

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda vətəndaş müharibəsi başlamaq üçün əmr alıblar” - Deputat Xaçatryan 

Rəsmi

19 May 2023 16:27 1393


“Mənim təəssüratıma görə, Ermənistanda elə qüvvələr var ki, ölkədə vətəndaş müharibəsi üçün əmr alıblar”. 

Reyting.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Vigen Xaçatryan deyib.

“Mən görürəm, bu insanları yaxşı tanıyıram, həm də çoxdan tanıyıram. Bu adamlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə hazırdırlar: qan tökürlər, vururlar, çevriliş edirlər”, - deyə deputat əlavə edib. pizza

V. Xaçatryan qeyd edib ki, həlak olan hərbçilərin valideynlərinə diqqətli yanaşmaq lazımdır.

O, bu valideynlərin hisslərindən siyasi məqsədlər üçün istifadə edilməsini yolverilməz sayır:

“Heç bir uşaq valideynlərinin hərəkətlərinə görə cavabdeh olmamalıdır. İstənilən vətəndaşın hakimiyyətin hərəkətindən narazılığını bildirmək hüququ var, lakin qisas çağırışları yaxşılığa doğru aparmayacaq. Belə məqamlarda hər zaman vəziyyəti gərginləşdirməyə çalışan qrup olur. Bu, siyasi mübarizənin pozulmuş təzahürünün, cəmiyyətdə birliyin olmamasının nəticəsidir. Onilliklər ərzində ölkənin ictimai-siyasi həyatını zəhərləyən insanlar bu əməllərini davam etdirirlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!