Ermənistandakı Aİ missiyası yeni ofislər açır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandakı Aİ missiyası yeni ofislər açır

Rəsmi

07 İyun 2023 16:35 992


Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Qafan, İcevan və Yexeqnadzorda yeni əməliyyat mərkəzləri açacaq.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasının saytında məlumat dərc olunub.

Missiyanın rəhbəri Markus Ritter bildirib ki, missiyanın mövcud olduğu ilk 3 ay ərzində missiya Gorus, Cermuk və Martunidəki əməliyyat mərkəzlərindən 300-dən çox patrul həyata keçirib. pizza

“Növbəti aylarda missiya Qafan, İcevan və Yexeqnadzorda üç əlavə əməliyyat qovşağı açmağı planlaşdırır. Beləliklə, yaxın gələcəkdə tədricən tam gücə çatacaıq”, – deyə Ritter vurğulayıb.

Missiya rəhbəri əlavə edib ki, onların məqsədi digərləri ilə yanaşı, sərhədyanı rayonların təhlükəsizliyinin sabitləşməsinə töhfə verməkdir.

Ritter bildirib: “Bir çox erməni rəsmilərinin fikrincə, Avropa İttifaqının Ermənistandakı missiyası vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verib. Bununla belə, vəziyyət hələ də qeyri-sabit olaraq qalır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!