Ermənistandan həyasız bəyanat: “Azərbaycan ərazilərimizi işğal edib”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan həyasız bəyanat: “Azərbaycan ərazilərimizi işğal edib”

Siyasət

15 Noyabr 2021 15:35 9947


Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanla sərhəddə baş verən insidentlə bağlı bəyanat yayıb.

“Yeni Sabah” xəbər verir ki, bəyanatda ermənilər Azərbaycan tərəfindən zirehli texnikanın köməyi ilə ərazilərinin işğal olunduğunu iddia edib.

30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hakimiyyəti Ermənistan Silahlı Qüvvələrinin 4 döyüş mövqeyinin bloklandığını qeyd edib. Dördpendirli pizza

Təhlükəsizlik Şurası danışıqlar nəticəsində Azərbaycan hərbi texnikası və qoşunlarının Ermənistan ərazisini tərk etdiyini bildirib.

Qurum Gorus-Qafan və Qafan-Çakaten avtomobil yollarının Azərbaycanın nəzarətində olan hissələrinin sənədlərə əsasən Ermənistan ərazisi olmadığını da vurğulayıb.

“Ermənistan hökuməti Sünik vilayətində yeni alternativ yollar şəbəkəsinin yaradılması üçün tədbirlər görüb və bu işlər yaxın vaxtlarda başa çatdırılacaq”. 

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!