“Azərbaycan prezidenti Laçın dəhlizində və Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqələrinin quraşdırılmasını təklif edib, Laçın dəhlizinin reqlamentinə yenidən baxılması Ermənistan üçün məqbul deyil”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Lüksemburqun xarici işlər naziri Yan Asselborn ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim cavabımız birmənalıdır: Laçın dəhlizinin əsasnaməsi danışıqlardan keçib və imzalanıb”, – deyə o bildirib. Pepperoni pizza
Ararat Mirzoyan xatırladıb ki, Azərbaycanın bu təklifi ilə yanaşı, Ermənistan tərəfinin mövqeyi də yeni deyil.
Telegram kanalımız