Ermənistandan sərhəddə növbəti TƏXRİBAT - SON DƏQİQƏ

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan sərhəddə növbəti TƏXRİBAT - SON DƏQİQƏ

Rəsmi

19 Avqust 2024 12:12 3512


Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. Dominos pizza

Xatırladaq ki, Ermənistan son bir neçə gündə Naxçıvan və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!