“Ermənistanı region, həm də regiondan kənar dövlətlər təhrik edir“

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanı region, həm də regiondan kənar dövlətlər təhrik edir“

Siyasət

16 Noyabr 2021 20:20 1238


“Bu təxribatlar Ermənistanın çarəsizliyindən baş verir. Lakin bu proseslərdə region dövlətlərinin təhriki də var”.

Bu sözləri Yenisabah.az-a Ermənistan-Azərbaycan sərhəddindəki gərgin vəziyyət haqqında danışan politoloq Fəqani Məhərrəmli söyləyib.

O əlavə edib: “Bu proseslərdə Qafqazda sülh istəməyən, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə Qafqazdakı mövqelərini itirəcəyindən ehtiyatlanan həm region, həm də regiondan kənar dövlətlərin təhriki var. Ermənistan bu təhrikləri rədd etmək, qulaq asmamaq durumunda olmayan ölkədir". Toyuqlu pizza

Fəqani Məhərrəmlinin sözlərinə görə, Ermənistan müxtəlif provakasiyalarla bir çox ölkələrin diqqətini sərhədə yönəltməyə çalışır:

"Özünü çətin durumda olan ölkə kimi göstərir. Görünür ki, türkfobiya, azərbaycanafobiya ermənilərin canından asanlıqla çıxan deyil”.

F. Məhərrəmli bu gün baş verən prosesləri sülhə vadaretmə əməliyyatı adlandırıb:

“Azərbaycan ordusu həm Ermənistanla sərhəd də, həm də Dağlıq Qarabağda antiterror əməliyyatı keçirmək, toqquşma zamanı erməniləri yerinə oturtmaq iqtidarına malikdir. Bu proseslər Ermənistanı sülhə vadaretmə əməliyyatı kimi qiymətləndirilə bilər”. 

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!