“Brüssel görüşü dəfələrlə çoxtərəfli şəkildə keçirilib və bugünkü görüşün də eyni tendensiya ilə keçəcəyini istisna etmirəm. Lakin son 2 ayda baş verənlərə baxsaq, görərik ki, istər Ermənistan-Azərbaycan sərhədində, istərsə də sülhməramlıların yerləşdiyi bölgədəki təmas xəttində problemlər yaranıb”.
Bu sözləri “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi analitik Mehman Əliyev deyib.
Brüssel görüşlərinin altıncı raundundan söz açan müsahibimiz söyləyib ki, Azərbaycan tərəfi haqlı olaraq bölgədə bir sıra əməliyyatlar həyata keçirmişdi: Marqarita pizza
“İndi ermənilər ondan narahatdırlar ki, Azərbaycan növbəti əməliyyata başlaya bilər. Hətta beynəlxalq müşahidəçilər belə bu problemi görüb əməliyyatın baş verməsini istəmir. Onlar istəyirlər ki, vəziyyəti danışıqlar yolu ilə həll etsinlər”.
Analitikə görə, rəsmi Bakı tələb edir ki, Ermənistan Azərbaycan ərazilərini yekun sülh müqaviləsi çərçivəsində tanısın:
“Bundan başqa, qanunsuz erməni silahlı birləşmələri oradan çıxarılsın və yerli erməni icması ya Azərbaycan vətəndaşlığını qəbul edib gələcək həyatını bu çərçivədə qursun, ya da ki, başqa formada bu proses həyata keçirilsin. Hazırda vəziyyət belədir və mənə elə gəlir ki, buna daha çox erməni tərəfi maraqlı olmalıdır ki, tezliklə danışıqlar başlansın”.
“O ki qaldı Qarabağ separatçılarının keçirdiyi mitinq-yürüşlərə, onlar sadəcə görüş ərəfəsində nümayiş etdirmək istəyirlər ki, biz varıq, problemlərimiz var və bununla diqqət cəlb etmək istəyirlər. Ancaq görünən odur ki, Qərb artıq onlara bir o qədər də maraq göstərmir. Çünki onlar problemin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görürlər və Ermənistanın ağlaşma siyasətini heç kim qəbul etmir. Hələ ki onların atdığı addımlar uğursuzdur, çünki heç bir dəstək almırlar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız