Ermənistanın Azərbaycana yeni təklifləri qismən məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın Azərbaycana yeni təklifləri qismən məlum oldu

Siyasət

20 Yanvar 2022 07:47 12662


Yerevanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması üçün Bakıya verdiyi yeni təkliflər qoşunların sərhəd xəttindən simmetrik geri çəkilməsini nəzərdə tutur.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Yerevan hazırda bu təkliflərə Bakının cavabını gözləyir.

Mirzoyan Ermənistan parlamentində keçirilən “hökumət saatı”nda deyib ki, Yerevanın sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması üçün verdiyi təkliflər paketi Ermənistan-Azərbaycan sərhədində de-eskalasiyaya, gərginliyin azaldılmasına, təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsinə yönəlib. Marqarita pizza

Erməni tərəfinin təkliflərinin Bakıya çatdırılacağını Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında demişdi.

O bildirmişdi ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək. Lavrov elə həmin mətbuat konfransında xırdalığına varmadan “prosesin mürəkkəb olacağını” da demişdi.

Yanvarın 19-da parlamentdə çıxış edən Ararat Mirzoyan deyib ki, təkliflər habelə bundan əvvəl baş nazir Nikol Paşinyanın sərhəd boyunca qoşunların simmetrik geri çəkilməsinə və təhlükəsizlik mexanizmlərinin yaradılmasına dair təkliflərini ehtiva edir.

Ermənistanın son təkliflərinə Bakıdan hələki rəsmi reaksiya olmayıb, amma yanvarın 19-da Vyanada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Helqa Şmitlə söhbətində deyib ki, Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!