“Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir” - Kamran Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir” - Kamran Əliyev

Siyasət

02 Noyabr 2021 19:27 791


“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, Azərbaycan müvafiq orqanları, o cümlədən Xarici İşlər Nazirliyi bu istiqamətdə tədbirlər həyata keçirir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

“Təbii ki, sənədlərin təqdim olunmasında, hazırlanmasında prokurorluq da özünə aid hissədə iştirak edib. Konkret cinayət işlərinin istintaqı zamanı əldə olunmuş maddi sübutlar toplanıb. Bunların hamısı həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də olunacaq. Hazırda sübutların toplanması davam edir”, - deyə o vurğulayıb./Report Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!