“Ermənistanın etdikləri qəbuledilməzdir” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın etdikləri qəbuledilməzdir” - Ərdoğan

Siyasət

14 Sentyabr 2022 19:18 898


"Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik. Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm", - Ərdoğan bildirib./Report Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!