Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik - XİN

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik - XİN

Siyasət

11 Yanvar 2022 20:08 771


Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı ilə bağlı bəyanat yayıb.

XİN-in Mətbuat Xidməti İdarəsindən Yenisabah.az-a verilən xəbərə görə, Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub: "Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır. pizza hut

Allah şəhidimizə rəhmət eləsin!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!