Ermənistanın hərbi yardım xahişi rədd edildi 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın hərbi yardım xahişi rədd edildi 

Rəsmi

05 İyul 2023 13:03 2548


Avropa İttifaqı (Aİ) tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan Ermənistana hərbi yardım göstərməkdən imtina edib. 

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. 

Onun sözlərinə görə, o, Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşəndə ​imtina cavabı alıb. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnikanın alınmasına kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib.  pizza mizza

“Bu mexanizm vasitəsilə Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Ermənistanın tələbi Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik səyləri göstərməsi, həmçinin “münaqişənin həssaslığı” əsas gətirilərək, rədd edilib”, - deyə Simonyan bildirib. 

“Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - deyə Ermənistan parlamentinin sədri əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!