Ermənistanın qonşu ölkələrlə ticarət: Həcm nə qədərdir?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın qonşu ölkələrlə ticarət: Həcm nə qədərdir?

Rəsmi

19 Aprel 2023 13:15 902


Ermənistan və İran arasında ticarət dövriyyəsi 2022-ci ildə təxminən 711 milyon dollar təşkil edib.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, 2021-ci ildə bu göstərici 503,5 milyon dollar olub. Artım təxminən 42% təşkil edib.

Bu barədə “Ermənistan hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir. pizza hut

Gürcüstanla ticarət dövriyyəsi isə təxminən 879 milyon dollar təşkil edib. 2021-ci ildə bu rəqəm 422 milyon dollar səviyyəsində qərarlaşıb. Artım ikiqat olub.

Eyni zamanda, Ermənistanla Çin arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 1,3 milyard dollara nisbətdə təxminən 1,8 milyard dollar təşkil edib. Artım 39,4% təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!