“Ermənistanın sentyabrda əməliyyata başlayacağına dair əvvəldən mesajlar alırdıq”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın sentyabrda əməliyyata başlayacağına dair əvvəldən mesajlar alırdıq”

Siyasət

14 Sentyabr 2022 13:59 1891


“Məhz sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı revanşist əməliyyat həyata keçirəcəyi ilə bağlı bir sıra mesajlar alırdıq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Xatırladaq ki, müharibənin ikinci ildönümü ərəfəsində erməni mediasında Azərbaycana qarşı yeni revanşist əməliyyatlara çağırışlar edilib. Həmçinin, bir sıra ekspertlər sentyabr ayının iki ölkə üçün də ağır keçəcəyini, habelə yeni bir “Qisas” əməliyyatına start verə biləcəyini istisna etməyib. Dördpendirli pizza

Öz növbəsində, İ. Hüseynov deyib ki, Azərbaycan və Ermənistanda bu ilin payızında cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı bir sıra proqnozlar əvvəldən var idi:

“Ermənistan tərəfi informasiya siyasəti sahəsində ənənəvi olaraq bu xəbərlərlə manipulyasiya edirdi. Avqustun 31-də baş tutan Brüssel görüşündən dərhal sonra Azərbaycanın mövqeləri sistematik və intensiv şəkildə atəşə tutulmağa başlandı və atəşkəs rejiminin pozulması gərginliyi formalaşdırdı. 

Azərbaycanda tərəfi, təbii ki, mövqelərinin sistematik atəşə tutulması halı ilə razılaşa bilməzdi. Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün rəsmi Bakı müəyyən addımlar atırdı. Çünki eskalasiyanın meydana gəlməsi, ilk növbədə, sülh prosesi ilə bağlı danışıqlara mənfi təsir göstərirdi”.

İ. Hüseynov əlavə edib ki, sentyabrın 12-dən başlayan proseslər onu göstərdi ki, Ermənistan tərəfi sülhü istəmir və radikal-revanşist qüvvələrin təhriki ilə siyasi danışıqları pozur:

“Məhz sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı Ermənistan tərəfindən revanşist əməliyyatın həyata keçiriləcəyi ilə bağlı bir sıra mesajlar alırdıq. Amma anlamaq lazımdır ki, Azərbaycan çox güclü dövlətdir və Vətən Müharibəsində Azərbaycan öz potensialını nümayiş etdirdi, o cümlədən dünyanın hərb tarixinə düşəcək qələbə qazandı”.

Siyasi analitik söyləyib ki, hazırkı durumda Ermənistanın havadarları və erməni lobbisi Ermənistanı yeni müharibəyə təhrik edir və özünü erməni xalqının düşməni kimi göstərir:

“Ermənistanda ən azı hərb elmindən, güclərin müqayisəsindən və insan resurslarının potensialından anlayan hər hansısa bir şəxs varsa, baş verən proseslərlə bağlı öz səsini qaldırmalıdır. Çünki Ermənistan tərəfi baş verən son proseslərdə çox sarsıdıcı zərbələr aldı. Bundan sonra Azərbaycanın ərazi bütövlüyü, milli təhlükəsizliyi, suverenliyi və sərhədlərininin toxunulmazlığına istənilən formada təhdid göstərən addımlara qabaqlayıcı tədbirlər görüləcək və Azərbaycan öz döyüş hazırlığını, habelə mənəvi-psixoloji ruhunu hər zaman yüksək tutur və tutacaq”.

Müsahibimizin sözlərinə görə, ordumuzun müxtəlif təxribatların qarşısını almaq üçün istənilən qədər gücü var:

“Azərbaycanın səbrini daşdırmasınlar, Azərbaycanın ordusuna qarşı hər hansısa məkrli planlar həyata keçirilməsin. BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı iclasın çağırılması, KTMT-də Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin müzakirəsi – bütün bunlar ölkəmizə təzyiqlərin daha da artırılmasına hesablanıb. Ermənistan bununla özü üçün dividentlər qazanmağa, habelə Baş nazir Nikol Paşinyan hakimiyyətini möhkəmləndirməyə çalışır. Lakin bütün niyyətlər əbəsdir. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qorunmasından başqa heç bir alternativ yoxdur”.

Yekunda siyasi şərhçi bəyan edib ki, Azərbaycan 10 noyabr bəyanatında göstərilmiş bütün müddəaların icrasını həyata keçirəcək.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!