Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır.
Yenisabah.az xəbər verir ki, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq.
Assambleya, həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək. Marqarita pizza
Sessiya çərçivəsində oktyabrın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə Assambleyanın deputatları qarşısında çıxış edəcək.
Telegram kanalımız