“Qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi bu gün də həyata keçirilən iqtisadi siyasətin əsasında dayanır. Bu isə öz növbəsində regionların inkişafını, onların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyur. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənən Dövlət Proqramlarının, İnkişaf Strategiyasının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Diqqət çəkən əsas məqam ölkə Prezidentinin mütəmadi olaraq bölgələrə səfəri, görülən işlərlə yaxından tanış olması, ictimaiyyəti narahat edən, düşündürən məsələləri onların özündən eşitmək istəyidir. Dövlət başçısı İlham Əliyevin avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri də bu baxımdan diqqətçəkəndir. Ölkə Prezidenti səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində günümüzün aktual məsələlərinə, görülən və görüləcək işlərə bir daha nəzər salaraq bu əminliyi ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.”
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Azərbaycan öz daxili istehsalını maksimum artırır, hər hansı bir çətinlik yarananda tələbatımızı tam təmin etmək imkanına malik oluruq. pizza mizza
Vüqar Rəhimzadə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində bu torpaqların iqtisadi potensialından istifadə edərək kənd təsərrüfatının inkişafına yönələn addımlara da diqqəti yönəldib. Bildirib ki, tarixi Zəfərimizdən dərhal sonra bu ərazilərdə minalardan təmizlənmə prosesi ilə yanaşı, heyvandarlığın və əkinçiliyin inkişafına yönələn işlər də diqqətdən kənarda qalmır.
“Dövlət başçısı İlham Əliyevin qeyd edilən müsahibəsi digər müsahibələri kimi Ermənistana ciddi mesajları və xəbərdarlıqları ilə də zəngindir. “Qisas əməliyyatı”ndan danışan ölkə Prezidenti vurğuladı ki, bu, bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi. “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq” söyləyən Müzəffər Ali Baş Komandan əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını bildirdi. Öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik”,- deyə Vüqar Rəhimzadə bildirib.
“Azərbaycan müstəqil siyasət yürüdür, heç bir qüvvə siyasi iradəmizə təsir etmək imkanına malik deyil” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiq etdi: “Xatırlasaq, müharibənin dayandırılması ilə bağlı dövlətimizə nə qədər təzyiq cəhdləri edilirdi. Amma hər zaman dəyişməz mövqeyini nümayiş etdirən Azərbaycan dövləti müharibəni sonadək apardı, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. “Qisas əməliyyatı”ndan sonra Prezident İlham Əliyevə dünya güclərinin rəsmiləri tərəfindən edilən zənglərə, onların ifadə etdikləri narahatlıqlara da diqqət yetirmək kifayətdir. Azərbaycan dövlətinin bu narahatlıqlara cavabı dəyişməzdir: Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlət başçısı İlham Əliyevin bu kimi ciddi bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, Azərbaycan 30 ilə yaxın işğal dövrünün Azərbaycanı deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Əks təqdirdə, dəfələrlə bəyan edildiyi kimi, “dəmir yumruq” yerindədir. Prezident İlham Əliyev müsahibəsində bu bəyanatı da səsləndirdi: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir.”
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur” sözləri Ermənistana ciddi mesajdır: “Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən gedir ki, dövlətimiz təklif etdiyi sülh təklifində bu məqamı açıqlayır ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.”
Telegram kanalımız