“Ermənistanla sərhəddə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan istiqamətində ziddiyətlər var”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanla sərhəddə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan istiqamətində ziddiyətlər var”

Siyasət

07 İyul 2022 16:19 4110


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən “Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”, - deyib. 

Mövzunu şərh edən hərbi ekspert Elxan Şıxəliyev Yenisabah.az-a açıqlamasında tərəflərin sərhədlərə dair yanaşmalarının fərqli odluğunu bildirib.

“Məsələni qiymətləndirmək üçün üçtərəfli sazişin tərəfləri əsasında yaranmış Dövlət Sərhəd Komissiyalarının işini və tərkibini bilmək lazımdır. Delimitasiyanın ən çətin hissəsi bu komissiyaların yaradılıb-yaradılmamasıdır. Bu komissiyaların yaradılmasında üç tərəfin də özünə uyğun maraqları var. Dördpendirli pizza

İlk öncə bilmək lazımdır ki, bəzi bölgələrimizin Ermənistanla olan sərhədləri tanınıb, lakin yeni yaranmış situasiyada Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan ərazilərində Ermənistan ilə olan sərhədin dəqiqləşdirilməsi üçün bəzi ziddiyətlər var".

Ekspert qeyd edib ki, sərhədlərin tanınmasının tez bir zamanda yekunlaşmasını və hər prosesin sürətli həllini gözləmək doğru deyil:

“Üçtərəfli saziş imzalandıqdan sonra müddəaların hansı zamanadək gerçəkləşdirilməsi üçün konkret vaxt qoyulmayıb. Biz bütün bu proseslərin tez bir zamanda həll olmasını, Laçın koridorunun açılması və iqtisadi əlaqələrin qurulmasını istəsək də, Ermənistan, əksinə olaraq, delimitasiya və demarkasiyanın uzanmasını istəyir. Paşinyan iqtidarı yaxşı başa düşür ki, sazişin imzalanması və tələblərin yerinə yetirilməsi onların hakimiyyətinin sonu ola bilər. Sülh sazişinin imzalanmasını gecikdirmək erməni cəmiyyəti üçün düzgün atılmış addım kimi görünür”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!