Ermənistanla sərhəddə nə baş verir? – Qoşun sərhədə yığılır, düşmənin təxribat riski...

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sərhəddə nə baş verir? – Qoşun sərhədə yığılır, düşmənin təxribat riski...

Siyasət

14 Avqust 2023 13:31 1985


“Ermənistan hakimiyyətinin bölgədə eskalasiyanın artırılması istiqamətində atdığı addımlar gərginliyin aradan qalxmasına heç bir töhfə verə bilməz. Əksinə, tərəflər arasındakı münasibətlərdə gərginliyin artma ehtimalı bölgədə sülhü və sabitliyi təhdid edən əsas amil kimi qiymətləndirilməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Analitik rəsmi İrəvanın Azərbaycanla delimitasiya və demarkasiya edilməmiş sərhədə qoşun və canlı qüvvə toplamasının səbəblərini izah edib. pizza mizza

E. Manafov düşünür ki, erməni hakimiyyətinin atdığı bu addımlar onun söz və əməlləri arasında çox ciddi fərqlərin olmasından xəbər verir:

“Çünki, bir tərəfdən Ermənistan hakimiyyəti Qarabağın yuridik baxımından Azərbaycana bağlılığı ilə əlaqədar bəyanatlar verir, digər tərəfdən isə problemin həlli istiqamətində konstruktiv addımlar atmaqdansa, özünün Qərbdəki himayədarlarının dəstəyi və sifarişi şəraitində münasibətlərdə eskalasiyasının artırılması istiqamətində addımlar atır”.

Onun fikrincə, bunun bir sıra səbəbləri ola bilər:

“İlk səbəb heç şübhəsiz ki, bölgədə getdikcə güclənməkdə olan geosiyasi rəqabətin amillərindən irəli gələ bilər. Bütövlükdə biz yeni dünya nizamının qurulması uğrunda beynəlxalq güclər, xüsusilə də Qərb və Rusiya arasında hazırda postsovet məkanında, ən əsası isə Ukraynada ciddi rəqabətin, o cümlədən hərbi qarşıdurmanın yaşandığını görürük. Şübhəsiz ki, Rusiyanı Cənubi Qafqazdakı hərbi qarşıdurmaya sürükləmək üçün erməni hakimiyyəti özünün Qərbdəki havadarlarının dəstəyi və sifarişi ilə müvafiq addımlar atır”.

“Məqsəd nədən ibarətdir? Rusiya Ermənistanın KTMT çərçivəsində müttəfiqi olduğundan şübhəsiz ki, Ermənistanla münasibətlərin daha da pisləşməsi istiqamətində İrəvanın yanında durmalıdır və Ermənistana dəstək verməlidir. Halbuki biz İkinci Qarabağ müharibəsində Rusiyanın bu məsələyə münasibətdə sərgilədiyi mövqenin şahidi olduq. Rusiya dövlət başçısı səviyyəsində bəyanat verdi ki, Azərbaycanın işğal altında olan torpaqları azad etmək onun beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır və heç kəs buna qarşı çıxa bilməz”, – deyə o, əlavə edib.

Siyasi şərhçiyə görə, Rusiyanın beynəlxalq hüquqa söykənən mövqeyi Azərbaycanın Ermənistana qarşı apardığı müharibədə, ən azı, diplomatik kontekstdə Azərbaycan dövlətinin xeyrinə işləyən faktorlardan biri oldu:

“Əlbəttə ki, bunlar Qərbi heç bir vəchlə qane edə bilməzdi. Ona görə də Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi istiqamətində Qərbdəki dairələr Ermənistan hakimiyyətinə belə addımların atılmasını tövsiyə edirlər. Onsuz da Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl qeyd etmişdi ki, o, Ermənistanı həm KTMT-dən, həm də Avrasiya İqtisadi Birliyindən çıxaracaq. Amma hakimiyyətin yaratdığı reallıqlar və Rusiyanın Ermənistana qarşı kifayət qədər təsir rıçaqları olduğundan erməni Baş nazir qısa zaman kəsiyində bu addımları ata, qərarları qəbul edə bilmədi”.

Ekspert iddia edib ki, bu gün eskalasiyasının artırılması həm də Ermənistanın daxili auditoriyasına ünvanlanmış mesajlar kontekstində qəbul olunmalıdır:

“Bütövlükdə götürsək, erməni tərəfinin atdığı addımlar və qəbul etdiyi qərarlar, birincisi, Ermənistan hakimiyyətinin korporativ maraqlarına, ikincisi, onun seçki maraqlarına, üçüncüsü, hazırda hakimiyyət və müxalifət arasında yaranmış qüvvələr nisbətinə, dördüncüsü, erməni hakimiyyətinin Qərbdəki bəlli dairələrlə bağlılığına və onların məlum geosiyasi sifarişlərini yerinə yetirmək qarşısında qaldığına, beşincisi isə Qərbin sifarişi ilə erməni hakimiyyətinin Rusiya ilə münasibətlərdəki gərginliyin artması istiqamətində atdığı addımlardan ibarətdir. Sərhədə qoşunların göndərilməsi istiqamətində erməni hakimiyyətinin atdığı addımlar da məhz bu amillərə söykənir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!