Ermənistanla sülh müqaviləsi nə vaxt hazırlanacaq? –   “İstənilən görüş faydasız olacaq...”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sülh müqaviləsi nə vaxt hazırlanacaq? – “İstənilən görüş faydasız olacaq...”

Siyasət

01 Sentyabr 2022 17:57 1554


Sonuncu üçtərəfli Brüssel görüşündən sonra Aİ Şurası prezidenti Şarl Mişel mayda təkrarladığı ifadələrin üzərində yenə dayanıb. Aİ Şurasının prezidenti avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin təmasları barədə bəyanatında qeyd edib ki, yekun sülh müqaviləsinin hazırlanması istiqamətində tərəflərin XİN rəhəbləri görüşməli və müzakirəli layihə ərsəyə gəlməlidir. 

Bəs maraqlıdır, görəsən, bu 2 ay ərzində hər hansı bir layihə hazırlanıbmı, yoxsa proseslər bundan sonra aktivləşəcək? Ümumiyyətlə, hansısa layihə variantı, yaxud onun “qaralama”sı mövcuddurmu?

Yenisabah.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, hər hansı bir layihənin mövcudluğuna inanmır: Pepperoni pizza

“Son 2 görüş, məncə, daha məhsuldar keçib. Lakin məsələ burasındadır ki, bu məsələdə təkcə Avropa İttifaqının addımlar atması mümkün deyil. Qonşu və region dövlətlərin də maraqları var və Aİ-nin həyata keçirmək istədiyini xüsusilə də Rusiya və İranın blok etmə cəhdi görünməkdədir.

Ümumən sülh müqaviləsi layihəsinin hazırlanması o qədər də asan məsələ deyil. Burada prinsip etibarilə, mərhələli həll variantının nəzərdə tutulması önəmlidir. Yəni ilk mərhələdə tərəflər arasında etimad mühiti yaranarsa, ikinci mərhələdə sərhədlərin delimitasiya və demarkasiyası işi aparılarsa, üçüncü mərhələdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, dördüncü mərhələdə əsirlərin və itkinlərin yerini bildirilməsi həyata keçirilərsə, altıncı mərhələdə Zəngəzur dəhlizi açılarsa, növbəti mərhələləri keçdikdən sonra yekun sülh müqaviləsinə gedən yolun özü avtomatik olaraq açılmağa başlayacaq. Bu addımlar atılmazsa, orada hər hansı bir sülh müqaviləsinin imzlanması və hətta layihənin hazırlanması o qədər də inandırıcı görünmür”.

“Bəli, ola bilər ki, bundan sonra tərəflər daha bir neçə dəfə də görüşsün, amma nəticəyönümlü addımlar atılmasa, istənilən görüş faydasız olacaq. Azərbaycan  üçün ən doğru variant Ermənistanın qarşısına qoyulan şərtlərin yerinə yetirməsidir. Onların icrası qonşu və region dövlətlərin Ermənistana təzyiq göstərməməsindən asılıdır”, - deyə Samir Hümbətov vurğulayıb.

Siyasi şərhçinin fikrincə, erməni təxribatları daim prosesləri başqa istiqamətə yönəldir: “Ona görə də, sülh müqaviləsi layihəsinin hazırlanması hələ ki inandırıcı görünmür”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!