Ermənistanla sülh sazişi üçün fürsət yaranıb – ABŞ mediası

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sülh sazişi üçün fürsət yaranıb – ABŞ mediası

Rəsmi

23 Mart 2019 15:31 991


Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması fürsəti yaranıb. Uzun illərdir davam edən nəticəsiz danışıqlardan sonra həllə yol aça biləcək dəyişikliklər diqqət çəkir.

Bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzetinin analitik materialında bildirilib.

Məqalədə bir il əvvəl Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə yol aça biləcəyinə toxunulub: pizza hut

“Bölgədə baş verən müsbət dəyişikliklər münaqişənin həlli ehtimalını artırır. Son zamanlarda cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının azalması da bundan xəbər verir. Üstəgəl, tərəflər bir-birinə qarşı azalan təhdidedici bəyanatları və münaqişənin həlli prosesinə dəyişən baxışları da müharibə ehtimalını zəiflədən, sülh sazişinin imzalanması ehtimalını yüksəldən faktorlar arasındadır”.

Görülən işlər, tərəflərin müzakirələri davam etdirmək istəyi də bura daxildir”.

Məqalədə qeyd edilib ki, münaqişə tərəflərinin qısa müddətli anlaşmalar yerinə, həll prosesinin sürətləndirilməsinə yönəlik işbirliyi qurmaq səyləri məsələnin dinc yolla həllinə kömək edəcək: “Digər yandan, münaqişənin həllinə təkan verə biləcək vasitəçilərin də prosesə cəlb edilməsi, Ermənistan və Azərbaycan arasında düşmənçiliyi azalda bilər”.

Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!