Ertələnmiş oyunlar bu gün baş tutacaq

Ertələnmiş oyunlar bu gün baş tutacaq

İdman

01 Aprel 2019 15:03 735


Bu gün Topaz Premyer Liqasında 22-ci tura yekun vurulacaq. 

“Yeni Sabah” xəbər verir ki, 31 mart soyqırımı gününə görə turun son iki oyunu ertələnib. Bu səbəbdən görüşlər bu gün keçiriləcək. Günün ilk matçında "Qəbələ" öz meydanında "Sabah"la qarşılaşacaq.. Turun son oyununda isə “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək.

Topaz Premyer Liqası 22-ci tur 1 aprel

“Qəbələ” – “Sabah” 

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev 

Qəbələ şəhər stadionu 14:00. 

“Sumqayıt” – “Qarabağ” 

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu Sumqayıt, 

"Kapital Bank Arena" 18:30

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!