Ərzaq məhsullarının arasında güllə keçirilməsinin qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

Ərzaq məhsullarının arasında güllə keçirilməsinin qarşısı alınıb

Kriminal

08 Fevral 2019 16:01 1052


 Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz S350" markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış keçirilib.

Komitədən “Yeni Sabah”a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan torbada, üzərində "Premium LEPUS JK6 cal 12" yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində "Exact heavy diabolo cal 177" yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!