“Ərzaq qiymətləri pik mərhələyə çatacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Ərzaq qiymətləri pik mərhələyə çatacaq”

İqtisadiyyat

05 Fevral 2019 15:06 1227


“Azərbaycanda yaxın gələcəkdə bahalaşma davam  edəcək, xüsusilə də ərzaq  qiymətləri  özünün pik mərhələsinə mart-aprel ayında çatacaq”.

Bunu iqtisadçı  Qubad İbadoğlu “Yeni Sabah”a açıqlamasında deyib. O, hazırda ölkədə müşahidə olunan süni bahalaşmadan söz açıb:

“Hazırkı bahalaşma daha çox il dəyişikliyi və mövsümi amillərlə bağlıdır. Yeni il bir çox hallarda idxal malları üçün yeni invoice qiymətləri, eləcə də aksiz və rüsum dərəcələrinin tətbiqinə şərait yaradır. Digər tərəfdən də qış mövsümü ilə əlaqədar xüsusilə də kənd təsərrüfatı məhsulları, əsasən də meyvə tərəvəz, eləcə də ət və süd məhulları da bahalaşmaqdadır.   pizza

Bununla yanaşı, həm idxaldakı artımdan , həm də mövsümi amillərin təsiri ilə yerli məhsulların qiymətindəki artımdan sui-istifadə halları çoxalır. Bu da süni qiymət artımını şərtləndirir”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!