“Azərbaycan daim türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə təsdiqləyir”.
“Yeni Sabah” xəbər verir ki, bunu siyasi ekspert Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Özbəkistan səfərini şərh edərkən deyib. O, bildirib ki, təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilib:
“Tarixi Zəfərimizin reallıqları fonunda türk dövlətləri arasındakı birlikdən danışarkən, təbii ki, əsas çağırış gələcəyə baxmaqdır. Çünki xalqlarımızın və dövlətlərimizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır. Ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.” Pepperoni pizza
Vüqar Rəhimzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasından, eyni zamanda, Azərbaycanın iki il bu quruma sədrliyi dövründə səmərəli fəaliyyətindən, türk dünyasının birliyinə verdiyi töhfələrdən bəhs edərək deyib: “Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, onların birgə iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra mərasimlərdə iştirakı və sair kimi məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış fonunda gələcək barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə güclü Azərbaycan və güclü Özbəkistandır.”
Rəhimzadə bildirib ki, Özbəkistan və Azərbaycan prezidentləri mətbuata bəyanatlarında da bu əminliyi ifadə etdilər ki, ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət ayrılacaq ki, nəticələr qısa zamanda özünü göstərsin.
Telegram kanalımız