İki ildən artıqdır ki, günümüzün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma torpaqlara Böyük Qayıdışının təmin olunmasıdır. Ermənistan üzərində tarixi Zəfərdən dərhal sonra bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atan Azərbaycan hazırda özünün təkmil dirçəliş modeli ilə diqqətdədir.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin iqtisadi imkanlarının artması digər sahələrdə də mühüm addımların atılmasına geniş imkanlar yaradır. Bugünümüz üçün əsas hədəf təbii ki, hərbi gücümüzün artırılmasıdır. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev hədəfləri açıqlayarkən ordumuzun gücünün, qüdrətinin daha da artırılacağını xüsusi qeyd etmişdir. Bircə faktı qeyd etmək kifayətdir ki, cari ilin dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait əlavə edilmişdir ki, bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpasına, 1,1 milyard manatı isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirilmişdir. pizza hut
YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi qeyd edib ki, dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada güc amili ön plandadır. Güclə hesablaşırlar, gücdən çəkinirlər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan bu çağırışı edir ki, heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz. Heç kim Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz.
Vüqar Rəhimzadə qısa təhlil əsasında bu qənaəti açıqlayıb ki, Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olmaq üçün bütün səylərini səfərbər edir. Əsas hədəf Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. Dövlət başçısı İlham Əliyev müşavirədə qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Gələn ilin investisiya proqramı hazırlananda Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxılacaq. Elə etməliyik ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək.
Telegram kanalımız