Əsas kapitala yönəldilən investisiyalar azalıb

saytların hazırlanması

Evə çatdırılma

Əsas kapitala yönəldilən investisiyalar azalıb

İqtisadiyyat

19 May 2025 09:03 344


2025-ci ilin yanvar-aprel aylarında ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 5069,3 milyon manat təşkil edib.

Yenisabah.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalma ilə müşahidə olunub.

Sektorlar üzrə bölgüyə nəzər saldıqda, neft-qaz sektoruna yönəldilən investisiyalarda 22,7 faizlik azalma qeydə alınıb. Bunun əksinə olaraq, qeyri-neft və qaz sektoruna yatırılan investisiyaların həcmi 5,3 faiz artaraq müsbət dinamika nümayiş etdirib. pizza hut

Əsas kapitala yatırılan ümumi investisiyanın 2578,8 milyon manatı (50,9 faizi) məhsul istehsalı sahələrinə, 1627,6 milyon manatı (32,1 faizi) xidmət sahələrinə, 862,9 milyon manatı isə (17,0 faizi) yaşayış evlərinin tikintisinə sərf olunub.

Eyni zamanda, əsas kapitala yönələn investisiyaların 74,4 faizi və ya 3772,4 milyon manatı daxili mənbələr hesabına təmin edilib. İnvestisiyaların 78,3 faizi – 3969,3 milyon manatı isə bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!