Əsas magistrallarda sürət həddi endirildi

saytların hazırlanması

Evə çatdırılma

Əsas magistrallarda sürət həddi endirildi

Avto

25 Fevral 2019 21:23 1263


Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, səhər saatlarından başlayaraq Bakıda və Abşeronda yağıntılı hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın isə səhər kəsiləcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Sezar pizza

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!