Azərbaycan ordusu işğaldan azad olunmuş ərazilərdə, xüsusilə, Ermənistanla sərhəddə yüksəkliklərdə möhkəmlənməkdə davam edir.
“Yeni Sabah” xəbər verir ki, bütün sərhəd boyu istiqamətlərdə təminat yolları yaxşılaşdırılır, mövqelərimiz elektrik təchizatı və digər zəruri qaynaqlarla yüksək xidmət üçün hazırlıqlı vəziyyətə gətirlir.
Ermənistanla sərhəddə yeni qurulan mövqelərimizdə həmçinin Azərbaycanın dövlət bayrağı ucaldılır. Dominos pizza
Ordumuzun əsgərləri bu günlərdə Azərbaycan bayrağını Kəlbəcərdə - əzəli yurd yerimiz Göyçə mahalının yaxınlığındalı mövqedə qaldırıblar.
Telegram kanalımız